Türkiyənin İstanbul şəhərində rus turistlərə bıçaqlı hücum olub.
RegionTV.info "Ucnoqta.az"-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, rus turistlər şəhərdə gəzərkən kağız toplayan gənc əlində bıçaqla onlara hücum çəkib.
İnsanları bıçaqlayan şəxs turistlərin çantasını götürərək ərazidən qaçıb. Ancaq polislərin axtarışları nəticəsində turistlərə hücum edən şəxs qısa zamanda saxlanılıb.
Bıçaqlanan qadınlardan birinin Rusiyada tanınmış model olduğu da ortaya çıxıb. Aleksandra Rusanova adlı qadın tanınmış "plyus-sayz" modellərdəndir. Rusanovanın hazırki vəziyyəti sabit qiymətləndirilir.
Xəbəri paylaş