Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöl rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Suveren Azərbaycanın Qələbə Salnaməsi” adlı ümumrayon tədbiri keçirilib FOTOLAR

 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində” Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev,  İHBA-nın əməkdaşları, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiçilər, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, ağsaqqallar və fəal rayon gəncləri iştirak ediblər. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib. Sonra Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş rəsm və uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib, “İrəvan” rəqs qrupunun çıxışı dinlənilib.   
Rayon Gənclər Evində təşkil olunmuş toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq,  Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir.  Bu Qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin məntiqi davamı, Prezident cənab İlham Əliyevin uzaqgörən rəhbərliyinin və Ordumuzun rəşadətinin parlaq təcəssümüdür. 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində misilsiz yer tutur və dövlətimizin suverenliyinin bərpasının rəmzidir. Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının qürur mənbəyidir. Şəhidlərimizin göstərdiyi igidlik və fədakarlıq sayəsində bu gün üçrəngli bayrağımız azad Qarabağda dalğalanır. Onların müqəddəs xatirəsi daim qəlblərdə yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın illər boyu həsrətini çəkdiyi torpaqlarda bu gün Böyük Qayıdış proqramı həyata keçirilir. Bu qayıdış təkcə insanların doğma yurduna dönməsi deyil, həm də ədalətin, milli qürurun və tarixi yaddaşın bərpasıdır. Böyük Qayıdış - Zəfərin davamı, sülhün və inkişafın simvolu kimi, Azərbaycanın yeni tarixini yazır.
Tədbirdə çıxış edən şəhid Yusifov Sabir Firdovsi oğlunun həyat yoldaşı Aliyə Yusifova, Vətən müharibəsi iştirakçısı Musa Rzayev və digər natiqlər Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığından bəhs ediblər. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Qələbənin Azərbaycan tarixində əbədi olaraq Qürur Günü kimi yaşayacağını vurğulayıblar. 
Tədbirin yekununda bir qrup şəxs Vətən müharibəsində qələbəyə verdiyi töhfəyə görə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Tədbirdə həmçinin “44 Günün Zəfər Salnaməsi” adlı videoçarx nümayiş olunub.

 













Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də