Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlaxda Şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunmuşdur

 

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri,ictimaiyyət nümayəndələri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar Yevlax şəhər Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Mərasim iştirakçıları Şəhəridlər Xiyabanında Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış Abidənin önünə gül dəstələri düzərək, müqəddəs ruhlarına öz ehtiramlarını bildirmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə söhbət zamanı onları Zəfər Günü münasibətilə təbrik edərək,qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, şəhidlərimiz qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Şanlı Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Şəhər rəhbəri, Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də unudulmayacaqlarını vurğulayıb.
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam edəcəkdir.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də