Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Rospatent” Rusiyada “Şirvan” şərabını qeydiyyata almaqdan imtina edib

“Rospatent” Rusiyada “Şirvan” şərabını qeydiyyata almaqdan imtina edib

“Rospatent” Azərbaycanda “Abrau-Durso” şirkətlər qrupunun bir törəməsi olan “Azabrau” Şərabçılıq şirkətinin ticarət markası olan “Şirvan”ı Rusiya Federasiyasında qeydiyyata almaqdan imtina edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

“Rospatent” hesab edir ki, Şirvan Azərbaycanın məşhur şərabçılıq bölgəsidir və bu adda ticarət brendinin qeydiyyatı istehlakçıları aldada bilər. Çünki “Azabrau” Şərabçılıq şirkəti Şirvanda deyil, Şəki rayonunun Çələbixan kəndində yerləşir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də