Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbi sahəyə niyə çox pul ayrılır? - Komitə sədrindən CAVAB

Hərbi sahəyə niyə çox pul ayrılır? - Komitə sədrindən CAVAB

Bir sıra kütləvi informasiya vasitrində və sosial şəbəkələrdə büdcənin niyə artması ilə bağlı qeyri-peşəkar müzakirələr aparılır. 

Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Komitə sədri bununla əlaqədar bir neçə məqama toxunub:

- Müdafiə qabiliyyətinin artırılması,
- Azərbaycan Ordusunun texniki və döyüş hazırlığı,
- Silahlanma, döyüş texnikası, pilotsuz uçuş aparatlarının, rabitə və kəşfiyyat sistemlərinin yenilənməsi,
- Müdafiə sənayesinin inkişafı,
- Yerli hərbi istehsal potensialının genişləndirilməsi,
- Texnoloji avadanlıqların modernləşdirilməsi,
- Hərbi təlimlər və beynəlxalq əməkdaşlıq (xüsusilə Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə),
- Milli təhlükəsizlik və kəşfiyyat sistemi,
- Xarici təhdidlərə qarşı mübarizə,
- İnformasiya təhlükəsizliyi və antiterror əməliyyatlarının maliyyələşdirilməsi,
- Kibertəhlükəsizlik,
- Strateji informasiya sistemlərinin müdafiəsi,
- Dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinin təmin olunması,
- Sərhəd və daxili təhlükəsizlik,
- Dövlət Sərhəd Xidməti (quru və dəniz sərhədlərinin mühafizəsi),
- Pilotsuz sərhəd müşahidə sistemləri,
- Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar (ictimai asayişin qorunması),
- Veteranlar və şəhid ailələrinin sosial təminatı,
- Müharibə veteranları, qazilər və şəhid ailələrinin sosial müdafiəsi,
- Mina təmizləmə (ANAMA),
- Azad edilmiş ərazilərdə təhlükəsizlik infrastrukturunun yaradılması,
- Yeni hərbi hissələrin yerləşdirilməsi,
- Komando tipli qoşunların yaradılması,
- Nəqliyyat-kommunikasiya təhlükəsizliyi.

Bunların hər birinə büdcədən vəsait ayrılıb. Ümumi tendensiya ondan ibarətdir ki, 2026-cı ildə bu sahəyə ayrılan 8.7 milyard manatlıq büdcə Azərbaycanın postmüharibə dövründə sülhü gücləndirmək, müdafiə sənayesini inkişaf etdirmək və regionda təhlükəsizlik balansını qorumaq strategiyasına xidmət edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də