Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər RİH və Kəlbəcər rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə “8 noyabr-tarixi zəfər, milli qürür günümüzdür”mövzusunda tədbir keçirilib FOTOLAR

 
Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə “8 noyabr-tarixi zəfər, milli qürür günümüzdür”mövzusunda tədbir keçirilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə “8 noyabr-tarixi zəfər, milli qürür günümüzdür” mövzusunda tədbir keçirilib.Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik- leytenant Anar Əliyevin atası, Kəlbəcər rayon Ağsaqqallar şurasının idarə heyyətinin üzvü Vaqif Əliyev, rayon idarə və müəssisə rəhbərləri, Vətən Müharibəsi qazisi, rayon ağsaqqalları,ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbir 8 noyabr Zəfər günü ilə bağlı rayonda keçirlilən silsilə tədbirlərdən biridir. Vurğulayıb ki, Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin inkişafında, ümumilikdə bütün sahələrdə qazanılmış uğurların təməlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin mütləq şəkildə müstəsna xidmətləri olmuşdur.Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün yüksələn xəttlə inkişaf edir. Rayon rəhbəri eyni zamanda Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən və uğurlu antiterror əməliyatından bəhs edib.
Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Bəli, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir.Ulu öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident cənab İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir.Eyni zamanda vurğulayıb ki, tarixi Zəfərimizin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunun gənc nəsilə çatdırılmasında , ictimai rəyin formalaşdırılmasında rayon ağsaqqallarının üzərinə böyük məsuloyyət düşür.Ağsaqqallar bu məsuliyyəti dərk etməli, öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər.
Daha sonra çıxış edən natiqlər, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik- leytenant Anar Əliyevin atası, Kəlbəcər rayon Ağsaqqallar şurasının idarə heyyətinin üzvü Vaqif Əliyev, Kəlbəcər rayon Həmkarlar ittifaqının sədri, Kəlbəcər rayon Ağsaqqallar şurasının üzvü Əli Bağırov və Vətən Müharibəsi qazisi Elvin Hüseynov bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib.
Xalqımıza qələbə sevincini bəxş edən şəhidlərimizlə,ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoş-bəxt hiss edən dövlətimizin başçısı cənab İlham Əliyevlə, onun rəşadətli ordusu ilə qazilərimizlə hər birimiz qürur duyuruq.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də