
Bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, donor sayının ildən-ilə artması, qan torbaları, istilik alətləri, analiz və digər vacib elementlərin alınması ilə bağlı olaraq vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir:
“Talassemiya ilə mübarizə tədbirlərinə 2025-ci illə müqayisədə gələn il 1,4 milyard manat maliyyə ayrılması nzəıərdə tutulur. Sümük iliyinin transplantasiyasına ehtiyacı olan şəxslərin respublikadan kənarda olan şəxslərin müalicələrin aparılması 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. 2026-cı il üçün Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait nəzərdə tutulub”.


