Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident mətbuat katibini təltif etdi

Prezident mətbuat katibini təltif etdi

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. 

 Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun da adı var.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1997-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.  Bir müddət idman jurnalisti kimi fəaliyyət göstərən Bəxtiyar Məmmədov 2009-cu ildən metroda çalışmağa başlayıb. O, “Metro” qəzetində müxbir, daha sonra redaktorun müavini kimi çalışıb.

2016-cı ildə Mətbuat xidmətində rəis müavini olub. 2018-ci ildən isə Mətbuat xidmətinin rəhbəri olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də