Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sosial sığorta müavinətləri üçün 203 milyon manat ayrılacaq

Sosial sığorta müavinətləri üçün 203 milyon manat ayrılacaq
2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 203,57 mln. manat məbləğində nəzərdə tutulur.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci ilin təsdiq edilmiş proqnozunu 2,60 faiz və ya 5,16 mln. manat üstələyir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinət növlərində birbaşa əməkhaqqı və əsas elementlərdən biri olaraq gəlir nəzərə alındığından bu müavinət növləri üzrə proqnoz göstəricilərinin müəyyən olunması zamanı işçilərin gözlənilən orta aylıq əməkhaqqı artım templəri üzrə subekonometrik hesablamalar aparılıb.

Digər müavinət növləri üzrə isə hesablamalarda sığortaolunanların dəyişmə dinamikası əsas götürülməklə proqnozlaşdırma aparılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də