Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə azyaşlı oğlan çay dərəsinə düşdü - VİDEO

Gəncədə azyaşlı oğlan çay dərəsinə düşdü - VİDEO
Gəncə şəhəri ərazisində 15 yaşlı oğlan Gəncə çayının dərəsinə düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Quluzadə Davud Sabir oğlu ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də