Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əlillik dərəcəsi almaqda kömək edəcəyi vədini verən qadın saxlanıldı

Əlillik dərəcəsi almaqda kömək edəcəyi vədini verən qadın saxlanıldı

Nəsimi rayonunda bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də