Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş məşqçi oyun zamanı dünyasını dəyişdi

Baş məşqçi oyun zamanı dünyasını dəyişdi

Serbiyada futbol klubunun baş məşqçisi oyun zamanı huşunu itirərək dünyasını dəyişib.

Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Mladen Zizoviç oktyabrın 23-də Serbiyanın "Radniçki" klubunun baş məşqçisi təyin edilib.

Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında üç oyun keçirib. Bir gün əvvəl “Mladost”la oyunun 22-ci dəqiqəsində komandası 2:0 hesabı ilə qalib gələrkən, Zizoviç huşunu itirib. Hakim oyunu dayandırıb, məşqçini təcili yardım maşını ilə aparıblar və oyun yenidən başlayıb. İyirmi dəqiqədən sonra baş məşqçinin öldüyü elan ediblər.

Bundan sonra hakim oyunu həmişəlik dayandırıb.  


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də