Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni məktəblərində Azərbaycan dili tədris ediləcək

Erməni məktəblərində Azərbaycan dili tədris ediləcək

Ermənistanda 2025/2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris olunacaq.

Bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul edilib. Yeni proqramın məqsədi region ölkələrinin dillərinə marağı artırmaq və şagirdlərə əlavə bilik imkanları yaratmaqdır.

Azərbaycan dili kursu könüllü olacaq və yalnız 10–12-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Tədrisin təşkili isə uyğun ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Proqramın reallaşdırılması Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də