Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putinlə Baydenin telefon danışığının DETALLARI

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
RegionTV.info
"Sfera.az"-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Putin Baydeni prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, Rusiya ilə ABŞ arasında əlaqələrin normallaşması hər iki ölkənin və beynəlxalq birliyin maraqlarına cavab verər.
Prezidentlər, həmçinin Strateji Hücum Silahları haqqında Sazişlə əlaqədar əldə olunmuş razılıqdan məmnun olduqlarını ifadə ediblər.
Bundan əlavə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq gündəmlə bağlı aktual məsələləri, o cümlədən ABŞ-ın Açıq Səma Sazişindən birtərəfli şəkildə çıxması, İranın nüvə proqramı, Ukrayna böhranının nizama salınması, Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının sammitinin çağırılması məsələlərini müzakirə edib, koronavirus pandemiyası, iqtisadi-ticari sahədə əlaqələri nəzərdən keçiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də