
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Manset.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bununla bağlı müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən, Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.


