RegionTV.info
Vaksinasiya insanlara necə təsir edəcək? Yazda koronavirus infeksiyası alovlanacaqmı?
Rusiyalı infeksionist, tibb elmləri doktoru, professor Nikolay Malışev vaksinasiyanın insanlara təsiri barədə danışıb. Ekspert ümid edir ki, 2021-ci ilin ikinci yarısına, yəni payıza qədər əhalinin 60%-i peyvənd vurduracaq və xəstəliyə qarşı immunitet inkişaf etdiriləcək. Bu, məhdudiyyətlərin əhəmiyyətli hissəsini aradan qaldırmağa imkan verəcək.
"Peyvənd kampaniyası aktiv şəkildə davam edərsə, bu yaz koronavirus xəstəliyində mövsümi alovlanmanın qarşısını almaq ehtimalı var. Peyvənd xüsusən qan, onkoloji və ağır xroniki xəstəlikləri olan insanlara həkim nəzarəti ilə təyin olunmalıdır. Xüsusi həkimə müraciət etmələri vacibdir: hematoloq, onkoloq və s.”, - professor açıqlamasında qeyd edib.
Bir çoxları peyvəndin əks təsir göstərə biləcəyindən narahatdır.
Professorun sözlərinə görə, koronavirus xəstəliyiniz varsa, sağaldıqdan 6-9 ay sonra peyvənd vurdurmalısınız. Ən son müşahidələrə görə, bədəndə antikor bu müddət ərzində saxlanılır. Peyvənd olunma qərarı həkim-terapevtin rəyinə əsasən həyata keçirilməlidir.
"Antikor testi artıq ən populyar tibbi prosedurlardan birinə çevrilib. Epidemiologiyada bədənin şiddətli intoksikasiyası ilə xəstəliyin gedişatının orta-ağır forması antikor istehsalı üçün ən aktiv hesab olunur. İnsanın xəstəliyi ağır keçirməsinə baxmayaraq, antikor səviyyəsinin aşağı olması isə müalicə ilə izah edilə bilər.
Donuz qripinə yoluxan xəstələri müşahidə edərkən bununla qarşılaşdıq. Antiviral dərmanlar qəbul edənlər az sayda antikor istehsal edir və bu, bəzən görünmürdü. Odur ki, kortikosteroid qəbul edən şiddətli xəstələrdə qoruyucu antikorların yetərsiz ola biləcəyini görürük.
Novosibirsk "Vektor” Elmi Mərkəzində hazırlanmış "EpiVacCorona” peyvəndi daha az reaktogendir. "Sputnik V” inyeksiyası ilə müqayisədə bu peyvənddən dərhal sonra bədəndə hərarət, baş ağrısı, əzələlərdə və inyeksiya yerində ağrı kimi reaksiyalar az olur. Yeri gəlmişkən, peyvəndə hər hansı reaksiya varsa, bir qayda olaraq, bu, immunitetin daha yaxşı inkişaf etdiriləcəyini göstərir”, - N.Malışev bildirib.
" "Sputnik V”peyvəndindən sonra immunitetin qorunması 2 ilə qədər davam edir. Bununla birlikdə, bu fərziyyələr riyazi hesablamalara əsaslanır və hələ də həqiqətlə təsdiqlənməyib. "EpiVacCorona” vaksininin yaradıcıları isə immunitetin 6 ay davam edəcəyini söyləyir.
Bəzi ölkələrə səyahət etmək üçün peyvənd pasportu tələb oluna bilər. Məsələn, bir sıra Afrika ölkələrində sarı qızdırma əleyhinə peyvənd sertifikatı giriş üçün şərtdir. Digər tərəfdən, bu gün bədəndə antikorların olub-olmadığını bir neçə dəqiqədə göstərə bilən test sistemləri hazırlanır. Düşünürəm ki, koronavirus pasportları yaxşı alternativ ola bilər”, - həkim əlavə edib.
Publika.az
Xəbəri paylaş