
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun rifahı üzrə regional təcrübə direktoru Asad Alam və tanınmış iqtisadçı alim Ufuk Akçiğit ilə görüşüb.
Bu barədə Nazirlikdən bildirilib.
Görüşdə Azərbaycanda innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, dövlət qurumları və özəl sektorda səmərəliliyin yüksəldilməsi, eləcə də rəqəmsal transformasiyanın tətbiqi ilə innovativ iqtisadi artım modelləri istiqamətində geniş müzakirələr aparılıb.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					