Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elm və Təhsil Nazirliyində YOXLAMALAR BAŞLADI

Elm və Təhsil Nazirliyində YOXLAMALAR BAŞLADI

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

Bu barədə qurumdan bildirilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir. (Mənbə: apa)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də