
“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb.
Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb.
Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.
Bir müddət əvvəl mağazaların fəaliyyətinin dayandırılması barədə xəbərlər yayılıb.


