Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yağış yağır, külək əsir - Faktiki hava

Yağış yağır, külək əsir - Faktiki hava

Oktyabrın 29-u saat 19:00-a olan faktiki hava açıqlanıb.

 Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

 Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz və Gəncədə 20, Mingəçevirdə 19, Şəki və Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.

 Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də