Zaqatalada 36 yaşlı kişinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib.
RegionTV.info-nun "APA"-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə rayonun Paşan kənd ərazisində baş verib.
Ş.Şabanovun sağ qolu dirsək nahiyəsindən ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılan Ş.Şabanovun sağ qolu dirsək nahiyədən amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş