Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Astarada toydan sonra ölən 17 yaşlı qız 7 aylıq hamilə imiş - TƏFƏRRÜAT

Astarada toydan sonra ölən 17 yaşlı qız 7 aylıq hamilə imiş - TƏFƏRRÜAT

Astara rayonun Deqadi kəndində hamilə qadın toydan bir gün sonra ölüb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edivə təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Hadisə barədə bir sıra məlumatlar əldə edib.

Məlumata görə, Əfsanə İmanovanın 18 yaşı hələ gələn ilin yanvar ayında tamam olacaqdı.

Gəlin və bəy 9-cu sinifdən sonra təhsillərini davam etdirməyiblər. Hər iki şəxsin ailəsi son illərdə Bakıda istixanalarda çalışıb, kəndə isə yalnız arabir qayıdıblar.

Məlumata görə, toydan bir müddət əvvəl qızın ailəsi onun hamilə olduğu öyrənib. Ailə bundan sonra toy təşkil etməyə qərar verib. 

Bir müddət əvvəl Ə. İmanovanın bətnindəki yeddi aylıq dölün artıq tələf olduğu məlum olub. Onun Deqədi kəndindəki "Ata Yurdu" restoranında baş tutan toy zamanı özünü pis hiss etdiyi, daha sonra xəstəxanaya aparıldığı, gecə saat 3 radələrində vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də