
İstanbul Baş Prokurorluğtərəfindən “casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Merdan Yanardağla bağlı yeni iddialar yayılıb.İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
Məsələ ilə əlaqədar Musavat Partiyasının başqanı İsa Qəmbərin müavini Gülağa Aslanlı ilə əlaqə saxlayıb.
Gülağa Aslanlı ittihamların iftira olduğunu bildirib:
"Müsavat Partiyası yarandığı və 1992-ci ildə fəaliyyəti bərpa olunduğu gündən indiyə qədər heç bir dövlət qurumdan, xarici təşkilatdan nə maliyyə yardımı alıb, nə də hər hansı qrant layihəsində iştirak edib. Ona görə də seçki kampaniyasına, yaxud İsa Qəmbərin özünə hər hansı maliyyə yardımı olunması haqda fikirlər iftiradan başqa bir şey deyil. Hətta İsa Qəmbər xəstələndiyi, Türkiyədə, Almaniyada xəstəxanada olduğu vaxtda da onun bütün xərclərini ailə üzvləri, yaxın dostları çəkib. Yenə də heç bir dövlət təşkilatdan, xarici təşkilat və ya dövlətdən heç bri maliyyə yardımı alınmayıb, qəbul olunmayıb".
G.Aslanlı bu ittihamların arxasında kimlərin durduğunu dəqiq deməyin mümkün olmadığını bildirib:
"Bu iftiraların arxasında kimlərin dayandığını demək üçün istintaqın materialları ilə tanış olmaq lazımdır. Bundan sonra nəsə demək olar. Bunun arxasında xarici təşkilatlar da dura, daxildə olan və Müsavatı gözügötürməyən şəxslər də ola bilər. O haqda konkret bir söz deyə bilmərəm".


