Türkiyədə 17 yaşlı qız qaldığı otelin 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
RegionTV.info Sonxeber.az-a istinadən xəbər verir ki, Əsənyurdda 17 yaşında Zerda Curka qaldığı 11 mərtəbəli otelin 8-ci mərtəbəsindən aşağı yıxılıb.
İddiaya görə 3 oğlan dostu və qohumu olan qızla birlikdə otelə gediblər. Zerda Curkanın yaşı balaca olduğuna görə, G.Ç saxta şəxsiyyət vəsiqəsi ilə onun otelin girişinə nail olur.
Dostlarının sözlərinə görə Zerda Curkan spirtli içki qəbul etdikdən sonra özünü pəncərədən aşağı atıb.
Hadisə yerinə gələn polislər və təcili tibbi yardımın həkimləri 17 yaşlı qızın öldüyünü söyləyib.
Araşdırmalar zamanı 17 yaşlı gənc oğurluq və digər cinayət işlərinə görə polisdə qeydiyyatda olduğu öyrənilib. Bundan əlavə onun zorlanması ilə bağlı polisə şikayət ərizəsi verdiyi də ortaya çıxıb.
Qeyd edək ki, sosial şəbəkədə Zerda Curkanın ölümündən öncə çəkdiyi görüntüləri ortaya çıxıb.