Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

6 bağça müəlliminin işinə xitam verilib - RƏSMİ

6 bağça müəlliminin işinə xitam verilib - RƏSMİ

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumilikdə 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 16-sı uşaq bağçası, 17-si isə körpələr evi-uşaq bağçasıdır.

Əlavə olaraq qeyd edilib ki, bağçalarda 171 nəfər tərbiyəçi-müəllim çalışır. Onlardan 7 nəfəri 2024-2025-ci tədris ili üzrə təyin olunub.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, qeyd olunan tədris ilində 6 nəfər tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib. Bildirilib ki, onların əmək müqaviləsi yaş həddinə çatmaları və müqavilə müddətinin bitməsilə əlaqədar dayandırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də