Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda oğurluq - 2 nəfər tutuldu

Bakıda oğurluq - 2 nəfər tutuldu

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi də qeydə alınıb. Paytaxt sakini olan bir nəfərə məxsus pulqabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina saxlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də