Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Əcəmi dairəsi”ndə reyd keçirildi - Avtoxuliqanlar saxlanıldı

“Əcəmi dairəsi”ndə reyd keçirildi - Avtoxuliqanlar saxlanıldı

Nəsimi rayonunda gecə saatlarına yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunub

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də