Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ƏHALİYƏ XOŞ MÜJDƏ: Dövlət qərar qəbul etdi: Bahalaşmanın qarşısını alacaq

Azərbaycana buğda idxalı daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
RegionTV.info-nun
"Oxu24.com"-a istinadən məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.
Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olacaq.
Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 1 il artırılır. Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad olub.
Dəyişikliyə əsasən, bu, martın 1-dən 3 il müddətinə olan dövrü əhatə edəcək.
Qeyd edək ki, bu tədbir bahalaşmanın  qarşısını  da alacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də