Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pezeşkian İranın iqtisadi sistemini tənqid etdi

Pezeşkian İranın iqtisadi sistemini tənqid etdi

İran prezidenti Məsud Pezeşkian Urmiya şəhərindəki çıxışında ölkənin iqtisadi sistemini tənqid edib.

 İranın “Entekhab” xəbər saytının məlumatına görə, Pezeşkian ölkəsinin qazı və nefti olsa da, bu resurslara sahib olmayan dövlətlərin onlardan daha yaxşı vəziyyətdə olmasına təəccübləndiyini bildirib.

"Türkiyədə neft və qaz yoxdur, Yaponiya və Koreyada da neft və qaz yoxdur. Onlar neft alırlar, amma onların vəziyyəti bizdən daha yaxşıdır və həyat şəraitləri də çox yaxşıdır.

Bizim neftimiz və qazımız var, amma problemlərimiz var" - deyə İran prezidenti bildirib.

"Necə olur ki, həm neftimiz var, həm də qazımız satılır və xalq çətinlik çəkir? Günah bizdədir", - Pezeşkian əlavə edib


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də