
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.
Hadisə Sabunçu rayonunda yerləşən evlərin birində baş verib. Ötən ilin sonunda kişinin itkin düşməsi ilə bağlı ailə üzvləri polisə məlumat veriblər. Mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə də hadisənin üstü açılıb.
Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil.
Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub.
Qonşular isə bildirirlər ki, ailədə hansısa problem yaşandığının şahidi olmayıblar. Samir də ərazidə hörmətli şəxs kimi tanınıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Daha ətraflı "Xəzər TV"nin süjetində


