Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər

111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər

Bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadın müvafiq imtahanları keçib və şəhadətnamə əldə edib. 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.

Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır.  Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var. 

Qeyd edilib ki, yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də