Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı məktəbində yanğın olub? - AÇIQLAMA

Bakı məktəbində yanğın olub? - AÇIQLAMA

128 nömrəli tam orta ümumtəhsil məktəbində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Bu barədə məktəbdən bildirilib.

"Axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb. 

Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.

Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib", - açıqlamada qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də