
Azərbaycan Ali Məhkəməsinə hakimlər təyin ediləcək.
Bununla bağlı Milli Məclisə müvafiq sənəd layihəsi daxil olub.
Layihə parlamentin oktyabrın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Xəyalə Cəmilova və Zaur Hüseynovun vəzifələrindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib.


