Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada avtomobil bazarı ÇÖKDÜ - SƏBƏB

Rusiyada yeni avtomobil bazarındakı durğunluq və qiymətlərin artması fonunda vətəndaşlar kütləvi şəkildə xaricdən ikinci əl maşınlar gətirməyə başlayıblar.

Təkcə sentyabr ayında ölkəyə 48,4 min ədəd istifadə olunmuş avtomobil idxal edilib. Bu, son iki ilin rekord göstəricisidir.

Mütəxəssislər bildirirlər ki, bu artım hakimiyyətin utilizasiya rüsumu qaydalarını dəyişməyə hazırlaşması ilə bağlıdır. Yeni mexanizmə əsasən, rüsumun məbləği mühərrikin gücündən də asılı olacaq, bu isə çoxları üçün əlavə xərc deməkdir.

Qeyd edək ki, hazırda ruslar ən çox Yaponiyadan avtomobil gətirirlər. Çin ikinci yerdədir, onun payı 14 faizdən 20 faizə qalxıb. Üçüncü yerdə Cənubi Koreya qərarlaşıb (22 faiz).

Ekspertlər xəbərdarlıq edirlər ki, bu tendensiya Rusiyanın öz avtomobil sənayesinin süqutunu göstərir. Əhali artıq yerli istehsala deyil, xarici “köhnə” modellərə üstünlük verir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də