Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytında qalır - FOTO

Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytında qalır - FOTO
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında müzakirələr davam edir.


Ötən həftəsonu ölkə mətbuatı Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildiyi barədə məlumat yayıb.

Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı barədə fərman imzalandığı bildirilsə də, onun adı hələ də qurumun saytında qalır.

Belə ki, Təhlükəsizlik Şurasının saytında quumun üzvü olan 13 vəzifəli şəxsin siyahısında  Ramiz Ənvər oğlu Mehdiyavin də adı var.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də