Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Neftçi" xal itirdi, "Zirə" qalib gəldi

"Neftçi" xal itirdi, "Zirə" qalib gəldi
Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

Günün ilk matçında "Sabah" öz meydanında "Zirə"ni 3 cavabsız qolla məğlub edib. Bu qələbə ilə xallarını 14-ə çatdıran "bayquşlar" 3-cü pilləyə yüksəlib. "Zirə" 13 xalla altıncıdır.

Digər matçda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"a 2:1, "Kəpəz" "Şamaxı"ya, "Sumqayıt" "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəlib, "İmişli" - "Qəbələ" matçında isə bərabərlik qeydə alınıb - 2:2.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də