Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ Maduronu devirmək istəyir

ABŞ Maduronu devirmək istəyir

ABŞ administrasiyasının Venesuelaya qarşı apardığı təzyiq kampaniyasının əsas məqsədi prezident Nikola Maduronu istefaya məcbur etməkdir.

Bu barədə CNN telekanalı hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun strategiyası “Maduronu istefaya məcbur etmək, zərurət yaranarsa, hərbi güc tətbiq olunacağı barədə inandırıcı hədələrdən istifadə etmək” üzərində qurulub.

ABŞ rəhbərliyi hesab edir ki, bu yolla Venesuelada siyasi keçid prosesi sürətləndirilə bilər.

Donald Tramp administrasiyası Venesuela prezidenti Nikola Maduronu devirmək məqsədilə həm iqtisadi, həm də hərbi təzyiq mexanizmlərini nəzərdən keçirir. ABŞ-ın son aylarda Karib dənizində hərbi fəallığı artıb və regionda narkokartellərə qarşı əməliyyatlar rəsmi səbəb kimi göstərilsə də, müşahidəçilər bunun siyasi məqsəd daşıdığını istisna etmirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də