Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahibə Qafarova İsveçrədə

Sahibə Qafarova İsveçrədə

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edib.

 Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 Bildirilib ki, Cenevrənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

 Səfər çərçivəsində Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də