Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"CARÇIOGLU GROUP" MMC barələrində yayılmış iddianı təkzib edir






Qazax şəhəri Əliağa Şıxlinski küçəsində "CARÇIOĞLU GROUP"  MMC tərəfindən "Gilliyin stadionu"nun alınaraq Yaşayış Kompleksi tikiləcəyinə dair əsassız məlumatlar yayılıb. 

Məlumatda deyilir: ""CARÇIOGLU GROUP" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyev  "Gilliyin Stadionu" kimi tanınan məhəllə stadionunun ərazisini alıb, əvəzində 8 mərtəbəli Yaşayış Kompleksi tikdirmək qərarına gəlib".

Yazılan məlumat və iddialar həqiqəti əks etdirmir. 

Bir neçə gün öncə Qazax şəhərində "CARÇIOGLU GROUP" MMC tərəfindən Yaşayış Kompleksinin tikintisinə başlanacağı haqqında məlumat verildi. Həmin məlumatda tikiləcək  binanın rəsmi ünvanı qeyd olunmayıb. Bina tikiləcəyi xəbərini eşidən maraqlı şəxslər əvvəlcə saytlara xəbər göndərdilər ki, guya bina Ruhi xəstəxananın (Şəkərin Qalasının) yerində tikilir. 

Həmin iddianın əsassız olduğu ictimaiyyətə açıqlandıqdan sonra, növbəti əsassız xəbəri yaymağa başladılar. Nəzərinizə çatdırırıq ki, "Gilliyin stadionu" deyilən ərazi rəsmi şəkildə stadion kimi dövlət qeydiyyatında olmayıb. Ərazi iş adamı Elçin Carçıyevə məxsus deyil. Rauf Hüseynov Qazax RİH-nin başçısı işləyəndə həmin yer H.Qalibə satılıb. Ərazi isə yuxarıda qeyd olunan kimi stadion olmayıb. 36 mənzillik  tikintisi yarımçıq qalmış yaşayış binası kimi dövlət qeydiyyatında olub. Xəbərdə əsassız olaraq stadion kimi qeyd olunan ərazinin rəsmi ünvanı və Dövlət Əmlak Komitəsindən verilən çıxarışı diqqətinizə çatdırırıq!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də