Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan 4 iranlı məhbusu ölkəsinə təhvil verdi

Azərbaycan 4 iranlı məhbusu ölkəsinə təhvil verdi

İran və Azərbaycan arasında məhkumların ekstradisiyası razılaşmasının icrası istiqamətində 4 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Bunu İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əskər Calalian yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən məhbuslar məhbusluq dövrünün qalan hissəsini keçirmək üçün Gilan vilayəti Həbsxanaları Baş İdarəsinə təhvil veriliblər.

Calalian bildirib ki, başqa ölkələrdə, xüsusilə qonşu ölkələrdə məhbus olan iranlıların əksəriyyəti narkotik maddələrin qaçaqçılığı və qadağan olunan dərman preparatları daşıdıqlarına görə azadlıqdan məhrum edilib. (Mənbə Trend)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də