
"Hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur".
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Ənənəvi olaraq hər il olduğu kimi cari ildə də Maliyyə Nazirliyi fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir. “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaqdır. Başqa sözlə, pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.