Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Özəl pensiya fondları vətəndaşa nə verəcək? - Deputat açıqladı

Özəl pensiya fondları vətəndaşa nə verəcək? - Deputat açıqladı

Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması gözlənilir. Hazırda bununla bağlı qanun layihəsinin işlənməsi prosesi gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, özəl pensiya fondlarının yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.

“Xüsusilə nəzərə alsaq ki, bir tərəfdən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işlər görülür, digər tərəfdən isə yeni mexanizmin hazırlanması da özəl pensiya fondlarının formalaşdırılmasında əsas istiqamətlərdən biridir”.

Millət vəkilinin sözlərinə görə, ilk növbədə sözügedən kontekstdə qanunvericilik bazasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır:

“Milli Məclisin Əmək və sosial siyasət komitəsində də bu məsələ - yəni, özəl pensiya fondları ilə bağlı qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi müzakirə olunan əsas məsələlərdən biridir. Bu baxımdan gözlənilir ki, yaxın zamanlarda layihələrin hazırlanması və təqdim olunması mümkün olacaq və həmin layihələr Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Deputat həmçinin vurğulayıb ki, özəl pensiya fondları vətəndaşlar üçün həm də alternativ və paralel seçim imkanı yaradacaq:

“Bu sistem vətəndaşlara imkan verəcək ki, aylıq ödənişlər etməklə özəl pensiya fondlarında fərdi kapitala malik olsunlar və pensiya dövründə dövlət pensiyası ilə yanaşı, özəl pensiya fondundan da

dan da əlavə gəlir əldə etsinlər. Bu isə təbii olaraq pensiya məbləğinin artmasına səbəb olacaq.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də