Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın Milli Təhlüksəzlik Konsepsiyası DƏYİŞƏCƏK

Azərbaycanın Milli Təhlüksəzlik Konsepsiyası DƏYİŞƏCƏK

2007-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Konsepsiyanın 4.1.1-ci maddəsində deyilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.

Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri dəyərlərə və Avropa dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına ziddir. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar Azərbaycan Respublikasının səyləri dövlətlərarası siyasi razılaşmanın əldə olunması ilə məhdudlaşmır və bu razılaşmaya nail olduqdan sonra iki xalq arasında davamlı, qarşılıqlı sülhün və anlaşmanın bərqərar olmasına yönələcəkdir.

Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir. Münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasları Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə, həmçinin ATƏT-in, Avropa Şurasının müvafiq sənəd və qərarlarında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bu sənədlər Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq etmişdir.

Münaqişə Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi, məcburi surətdə çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının tərkibində yüksək səviyyəli özünüidarəetməni təmin edən hüquqi statusun qanuni və demokratik proses çərçivəsində işlənib hazırlanması, ölkənin ümumi iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi üçün şəraitin yaradılması əsasında həll olunmalıdır.

Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və həmin ərazilərdə qanunsuz fəaliyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tarixi və mədəni irsin məhv edilməsi, azərbaycanlıların yaşayış məntəqələrinin simasının dəyişdirilməsi kimi faktların araşdırılması və buna müvafiq qiymət verilməsi üçün Azərbaycan Respublikası mövcud siyasi və hüquqi vasitələrdən istifadə edərək bundan sonra da lazımi tədbirlər görəcəkdir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və təbii sərvətlərin istismarı və mənimsənilməsi bu baxımdan xüsusi diqqət mərkəzində saxlanılacaqdır.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə və ölkə daxilində fəaliyyətlərinin və səylərinin uzlaşdırılması, Azərbaycan Respublikasına qarşı təcavüz və ərazisinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin təqibi, "erməni problemi"nin hərtərəfli, dərindən tədqiqi, həqiqətlərin üzə çıxarı

arılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini məqsədi ilə kompleks işlərin görülməsi və sair istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilməlidir”.

Görüldüyü kimi, konsepsiyada göstərilənlərin əksəriyyəti artıq öz həllini tapıb. Yəni indi nə torpaqlarımız işğal altındadır, nə də məcburi köçkün problemi var. Bunu və yeni çağırışları nəzərə almaqla Milli Təhlükəsizlik Konsepsiyasına dəyişikliklərə zərurət olduğu açıq sezilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də