
Göyçayda minik avtomobili kanala aşıb, sürücü ölü tapılıb. Hadisə rayonun Dövranlı kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun meyitini çıxarsalar da, avtomobil suda qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.