Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəndə ayı hücum etdi: yaralı var

Kəndə ayı hücum etdi: yaralı var

Qubada ayı təsərrüfata hücum edib.

 Hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

 Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

 Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb. (Mənbə,: oxu.az)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də