Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səbuhinin meyiti tapıldı

Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı.

 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb.

Qeyd edək ki, Səbuhi Hacızadə Monteneqroda işləyirmiş. O, 4 ay imiş ki, həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.

Bundan sonra Səbuhi qayınatasının Tovuzun Əyyublu kəndində yerləşən evinə gedərək orada həyat yoldaşı Mətanətə hücum edib. Onun öz həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdiyi bildirilir.

Xatırladaq ki, hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını demişdi.

Məlumata görə, cütlüyün 3 övladı var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də