Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyadan Azərbaycan üçün daha bir xoşagəlməz xəbər

Rusiya mart ayının 1-dən taxıla ixrac rüsumunu 2 dəfə artıracaq. 
RegionTV.info "Qaynarinfo"-ya istinadən xəbər verir ki, Rusiya hökuməti taxıl ixracına kvota tətbiq edib.
İxracat kvotasına görə, bu il martın birindən 1 ton buğdanın rüsumu 50 avro olacaq. Həmçinin qarğıdalı (ton başına 25 avro) və arpa (ton üçün 10 avro) rüsumları tətbiq olunacaq. 
Azərbaycan taxıla olan tələbatını əsasən Rusiya və Qazaxıstan hesabına ödəyir. Bu baxımdan Rusiya hökumətinin martın 1-dən tətbiq edəcəyi ixracat rüsumları Azərbaycanda taxılın qiymətinin artmasına gətirib çıxaracaq. 
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 milyon 867,3 min ton buğda yığılıb. Yəni, keçən il buğda istehsalı 304,2 min ton və ya 14% azalıb. Bu, əkin sahələrində (ümumilikdə 588,4 min hektar) 12,2%, məhsuldarlıqda (31,7 sentner / ha) 2,2% azalma ilə müşayiət olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də