Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Telefon asılısı olan gənc 3 ildir evdən çölə çıxmır

 

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən sonra yaşama həvəsini itirən və təhsil aldığı universiteti yarımçıq qoyaraq bütün vaxtını kompüter və mobil telefona sərf etməyə başlayan Barış Özbay virtual dünyaya aludə olub.

regiontv.info "Haber 7"yə istinadla xəbər verir ki, anası ilə birlikdə yaşayan gənc artıq üç ildir ağır bir dövrlə mübarizə aparır.

Gənc oğlan yalnız yaşamaq üçün ən zəruri ehtiyaclarını ödəyir, lakin nə çimir, nə də dırnaqlarını kəsmək kimi şəxsi qayğılarını yerinə yetirir.

Demək olar ki, üç ilə yaxındır evdən bir addım belə kənara çıxmayan Barışın anası Semra Özbay hər gün övladı üçün acı çəkir. Telefon və kompüterdən başını qaldıra bilməyən Barışın yenidən həyata bağlanması üçün ana yardım və dəstək gözləyir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də