Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Özəl bağçalara qeydiyyat bu tarixdə başlayacaq

Özəl bağçalara qeydiyyat bu tarixdə başlayacaq

"Qrant əldə etmiş özəl bağçalar üzrə sənədlərin qəbulu yekunlaşıb. Uşaqların qeydiyyatının gələn aylarda başlanması nəzərdə tutulur".

Bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

O bildirib ki, hazırda təqdim olunan sənədlərin təhlili aparılır: “Bu mərhələ başa çatdıqdan sonra müsabiqədə iştirak edən bağçalar üzrə növbəti mərhələ - uşaqların qəbulu prosesinə başlanılacaq. Ondan sonrakı aydan etibarən isə uşaqlar bağçalarda təhsillərini davam etdirəcəklər. Qrant layihəsi çərçivəsində hazırda özəl bağçalarda, ümumilikdə, 1300 uşaq təhsilə cəlb olunub”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də