Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət bir nəfərin təhsilinə nə qədər pul xərcləyir?

Dövlət bir nəfərin təhsilinə nə qədər pul xərcləyir?

“Bu il peşə təhsili müəssisələrinə 27 mindən artıq tələbə qəbul olunub. Onların 84%-i dövlət sifarişli yerlər üzrə təhsil alacaq. Bizim ali təhsil müəssisələrinə isə tələbələrin yalnız 50%-i dövlət sifarişi üzrə qəbul olunur”.

Bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O bildirib ki, bir tələbəyə orta hesabla düşən xərcin məbləği 600-700 manatdır. Bəzi hallarda isə bir tələbənin illik xərcləri 2 700 manat olur.

“Ən çox xərclərimiz məktəbəqədər təhsil müəssisələrində olur. Burada bir uşağa təxminən 4000-4500 manat xərclənir. Bunun əsas səbəbi burada qida seqmentinin olmasıdır, yəni uşaqlara qida verilir. Bu səbəbdən də xərclər daha yüksəkdir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də